Cəbrayılda silah-sursat aşkarlandı

09.02.2024 17:15     Sosreaksiya     106

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reaksiya.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Reaksiya.az

Şərhlər