BMT: Sudanda 700 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir

09.02.2024 20:45     Sosreaksiya     175

Sudanda 700 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir.

Reaksiya.az xəbər verir ki, bu barədə "Reuters" Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatına istinadən məlumat yayıb.

“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ağır formasından əziyyət çəkə bilər. UNICEF onların 300 mindən çoxunu lazımi yardım olmadan müalicə edə bilməyəcək. Bu halda on minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir”, - məlumatda qeyd edilib.

“Reuters” agentliyi vurğulayıb ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma ehtiyacı var.

Reaksiya.az

Şərhlər