Vanda itən 11 nəfər PKK tərəfindən qaçırıldı
23.08.2015 16:40 Sosreaksiya 2677

Türk Silahlı Qüvvələri Vanda itkin düşən 10 gömrükçü məmurun və bir sürücünün PKK tərəfindən qaçırıldığını açıqlayıb.
Reaksiya.az xəbər verir ki, hadisə Van vilayətinin Saray rayonunda qeydə alınıb.
Məlumata görə, Kapıköy Sərhəd Qapısında çalışan 11 nəfər cümə günü işdən sonra şəhər mərkəzinə getmək üçün yola çıxmış, ancaq onlardan xəbər alınmamışdı.
Şərhlər