Bu gün Bakıda dəhşətli qətl törədilib.
13.02.2024 20:09 Sosreaksiya 250
Bu gün Bakıda dəhşətli qətl törədilib.
Reaksiya.az xəbər verir ki, saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.
Reaksiya.az-ın məlumatına görə, Əhməd Əhmədov qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını da qətlə yetirib.
Hadisə Yeni Günəşlidə, “Şəms” rezidensdə baş verib.
Məlumata görə, Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada çalışır.
Şərhlər