SSRİ köynəyinə görə döyüldü - VİDEO

23.08.2015 23:27     Sosreaksiya     2301

Ukraydana üstündə "СССР" yazılan köynəyə görə bir kişi küçənin ortasında döyülüb.

Reaksiya.az xəbər verir ki, Xarkov şəhərində bir qrup aktivist SSRİ-nin simvolikası təsvir olunan kişiyə yaxınlaşıb ondan köynəyi soyunmağı tələb ediblər. Onların sözlərinə görə, Ukraynada kommunizmin təbliğatına qadağa olduğuna görə, bu köynəkdə gəzmək doğru deyil.

Həmin şəxs imtina etdikdə onun üstünə hücum çəkib döyməyə başlayıblar. Ərazidəki milis əməkdaşları hadisə yerinə gəlsələr də, "SSRİ-ni təbliğ edən şəxsə" hücum çəkənləri sakitləşdirə bilməyiblər. Əslində videodan da görünür ki, asayiş keşikçiləri ciddi müdaxilədən çəkinirlər.

Videonu təqdim edirik.

Şərhlər

Çox oxunanlar