Azərbaycan Yunanıstandan əczaçılıq məhsullarının idxalını azaldıb

14.02.2024 15:15     Sosreaksiya     95

2023-cü ildə Yunanıstandan Azərbaycana 420 min 130 ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac olunub.

Reaksiya.az Birləşmiş Millətlər Təşkilatının “COMTRADE” beynəlxalq ticarət məlumat bazasına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 67 % azdır.

Qeyd olunub ki, Yunanıstandan Azərbaycana əczaçılıq məhsullarının ixracı son 2 ildə azalma tendensiyası ilə davam edib. Yunanıstandan Azərbaycana əczaçılıq məhsullarının ixracı ən çox 2013-cü ildə qeydə alınıb (1 milyon 870 min ABŞ dolları).

Reaksiya.az

Şərhlər

Çox oxunanlar