ABŞ-ın Yaponiyadakı silah anbarında - PARTLAYIŞ

24.08.2015 00:02     Sosreaksiya     1883

ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Saqamixara şəhərində olan silah-sursat deposunda yanğın baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə şəhərin aid olduğu Kanaqava prefekturasının yanğınsöndürmə idarəsi məlumat yayıb.

Yerli sakinlərin ifadəsinə görə, yanğından əvvəl bir neçə partlayış müşahidə olunub. Hadisə yerində yanğın söndürmə işləri gedir və səbəblər araşdırılır.

Saqamixarada ABŞ ordusuna məxsus bir neçə anbarın olduğu, həmin anbarlarda əsasən döyüş sursatlarının saxlanıldığı bildirilir.

Şərhlər

Çox oxunanlar