SON DƏQİQƏ: MN TƏCİLİ MƏLUMAT YAYDI: Ermənistan silahlı qüvvələri...

14.02.2024 15:10     Sosreaksiya     99

Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar