Biləsuvarda məktəbdə yanğın olub, şagird və işçilər təxliyə edilib

15.02.2024 13:45     Sosreaksiya     112

Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

Bu barədə Report-un yerli bürosuna məktəbdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təxliyə edilib.

Yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Qeyd olunub ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar