Bakı geniş müharibəyə hazırlaşır - Paşinyan

15.02.2024 14:15     Sosreaksiya     99

Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır.

Reaksiya.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda, Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”, - Paşinyan bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar