“Yerkrapa” terror təşkilatının sədri: Dörd ermənini də snayper vurub

15.02.2024 15:30     Sosreaksiya     206

Azərbaycan ordusuna qarşı terrorçu fəaliyyətinə görə 4 erməni quldurunun öldürülməsi Ermənistanda əsas gündəm mövzusudur.

Reaksiya.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Yerkrapa” Könüllülər Birliyinin sədri Sasun Mikaelyan da danışıb.

Xatırladaq ki, öldürülən ermənilərin məhz bu təşkilata mənsub könüllülər olduğu ortaya çıxıb.

“Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördü də snayper atəşi ilə vurulub”, - deyə Mikaelyan “Azadlıq” radiosuna deyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar