Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək
15.02.2024 19:30 Sosreaksiya 161
Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək
Bu barədə Reaksiya.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA tərəfindən sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayan avtobuslarında da ödəniş nağdsız olaraq həyata keçirilir.
Şərhlər