Siyavuş Novruzov: Ödənişli yollarda özbaşınalıq edənlərə 15 gün küçə süpürtmək lazımdır
16.02.2024 12:20 Sosreaksiya 124
Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib.
Reaksiya.az xəbər verir ki, parlamentin fevralın 16-da keçirilən plenar iclasında çıxışı zamanı S.Novruzov qeyd edib ki, avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır:
“Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.
Bundan başqa deputat ödənişli yollarda özbaşınalıq edənlərin cəzalandılmasını tələb edib.
“Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, - S.Novruzov deyib.
Şərhlər