Rusiyanın Baş naziri Əli Əsədovu təbrik edib

16.02.2024 13:37     Sosreaksiya     134

Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib.

Azərbaycan Nazirlər Kabinetindən Musavat.com-a verilən məlumata əsasən, Baş nazirlərin telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib.

Ə.Əsədov və M.Mişustin Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, fevralın 16-da Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatı əsasında Əli Əsədovun Azərbaycanın Baş naziri postuna təyin edilməsinin lehinə səs verilib.

Reaksiya.az

Şərhlər