Bakı Türkiyə vətəndaşını Qazaxıstana təhvil verdi
16.02.2024 19:00 Sosreaksiya 154
Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.
Bu barədə Reaksiya.az Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən Türkiyə vətəndaşı F.Akdağın təhvil verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.
Şərhlər