Türkiyə vitse-prezidenti Əli Əsədovu təbrik etdi
18.02.2024 14:30 Sosreaksiya 174
Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədovu təbrik edib.
Reaksiya.az xəbər verir ki, bununla bağlı C.Yılmaz məktub göndərib.
Təbrikdə qeyd edilib ki, qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram.
C.Yılmaz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Əli Əsədovu Türkiyəyə də dəvət edib.
Şərhlər