Səfirin həyat yoldaşı yol qəzasına düşdü

24.08.2015 09:36     Sosreaksiya     2083

Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. Reaksiya.az Report.az - a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə Təbriz küçəsində baş verib.

Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub

M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər