Məhkəmə ərini öldürən qadını azad etdi

24.08.2015 09:52     Sosreaksiya     2080

Hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. 33 yaşlı həyat yoldaşı tərəfindən tez-tez şiddətə məruz qalan 29 yaşlı Damla K. avqustun 21-də gecə saatlarında qətl hadisəsi törədib. Belə ki, evə gələn həyat yoldaşı Fikrət K. yenə Damlanı döyməyə başlayıb və qadının sifəti tanınmaz hala düşüb. Sonda qadın həyat yoldaşı yatan zaman ona bıçaqla zərbələr endirib. Fikrət K. yerindəcə keçinib.

Məhkəmə qarşısına çıxarılan Damla bütün baş verənləri danışıb və sonra məhkəmə onu zaldan azad edib.

Şərhlər