Barak Obama velosiped sürdü

24.08.2015 10:03     Sosreaksiya     1865

ABŞ prezidenti Barak Obama həyat yoldaşı və qızları ilə birlikdə velosiped sürüb. 

Reaksiya.az xəbər verir ki, onlar velosiped sürmə bacarıqlarını meşədə nümayiş etdiriblər. Prezident ailəsi ilə bərabər Marthas Vineyard adasında istirahət edirlər. Obama və ailəsi velosiped sürərkən yüksək təhlükəsizlik tədbirləri görülüb.

Prezident velosiped sürdü - fotolar

Barak Obama indi rahat istirahət etsə də istirahət sonrası onu sıx iş rejimi gözləyir. O tətildə yığdığı enerjini İranın nüvə proqramı ilə bağlı sənədin konqresdə qəbulu üçün xərcləyəcək. 

Obama İranla razılaşmada məmnun olsa da konqres bu qərarla razılaşmır. Bəzi senatorlar bu razılaşmanın əleyhinə olduqlarını açıq-aşkar bəyan ediblər.

"Altılıq" ölkələri ilə İran arasında əldə olunan razılaşmaya əsasən ölkə nüvə silahının istehsalı üçün əsas xammal olan uranın zənginləşdirilməsindən imtina etməli və nüvə obyektlərinin qapılarını beynəlxalq müşahidəçilərin üzünə açmalıdır.

Prezident velosiped sürdü - fotolar

Şərhlər