DİN Xankəndi ilə bağlı məlumat yaydı

20.02.2024 10:44     Sosreaksiya     90

Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Reaksiya.az

Şərhlər