Şagirdlərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza…

20.02.2024 13:30     Sosreaksiya     75

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılması nəzərdə tutulub.

Reaksiya.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, belə hadislər baş verdikdə tədbirlər görülməsi vacibdir, valideynlər isə bu məsələdə daha diqqətli və həssas olmalıdırlar.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.

Reaksiya.az

Şərhlər