Bu smartfonun qiyməti bahalaşdı?
24.08.2015 10:37 Sosreaksiya 2372

Xəbər verildiyi kimi, iPhone 6 smartfonunun qiyməti artıb. Mediada yayılan xəbərlərə görə, bu qiymət artımının əsas səbəbi gömrük rüsumlarının şərtləri ilə bağlıdır.
Qiymət artımının olub-olmadığını dəqiqləşdirmək üçün şirkətin Azərbaycandakı rəsmi dilleri “Alma store” ilə əlaqə saxladıq.
Zəngimizi cavablandıran Tural bəy bu informasiyanın həqiqətə uyğun olmadığını bildirib: “Hazırda bizdə heç bir qiymət artımından söhbət gedə bilməz. Qiymətlər həmişə olduğu kimidir. İphone 6 smartfonu mağazamıza yeni gəlib və 1198 AZN-ə satılır”.
Şirkət nümayəndəsi bu məhsulun daha öncə 5-6 ay əvvəl ölkəmizə gətirildiyini, amma sonra bir müddət fasilə verildiyini qeyd edib.
İlk gətirilən zaman iPhone 6-nın neçəyə satıldığını soruşduqda isə cavab çox maraqlı olub: “Əvvəl neçəyə satıldığı yadımda deyil”.
Qeyd edək ki, məhsulun birdən-birə 200 AZN bahalaşdığı bildirilmişdi.
Şərhlər