Ermənistandan qaçan Qarabağ ermənilərinin sayı açıqlandı
20.02.2024 16:45 Sosreaksiya 179
Qarabağdan köçən ermənilərin 15 faizi Ermənistanı tərk edib.
Reaksiya.az xəbər verir ki, bunu erməni professor Tatul Manaseryan deyib.
Onun sözlərinə görə, Qarabağ sakinlərinin Ermənistandan getməsi əsasən iş tapmaqda yaranan çətinliklərlə bağlıdır.
Manaseryan bildirib ki, əmək bazarında vəziyyət əmək miqrantlarının kütləvi axını ilə daha da ağırlaşıb:
“Təkcə Hindistandan Ermənistana 14 minə yaxın əmək miqrantı gəlib. Ermənistan iqtisadi artıma görə Aİİ-də liderdir, lakin buna baxmayaraq, ölkədə yoxsulluğun səviyyəsi artıq üçüncü ildir ki, artmaqdadır. Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir, lakin ekspertlərin hesablamalarına görə, Şirak bölgəsində bu rəqəm 60%-i keçir”.
Erməni professor onu da qeyd edib ki, 2023-cü ildə Ermənistan iqtisadiyyatının sturkturu pisləşib:
“Üstəlik, ərzaq, içki və geyim istehsalı da azalıb. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmi də azalıb ki, bu da ixrac sektorunda ciddi problemləri əks etdirir”.
Şərhlər