Bu küçələrdə tıxac var - SİYAHI

24.08.2015 11:15     Sosreaksiya     1804

Həftənin yenicə başlamasına baxmayaraq, Bakının bəzi hissələrində tıxac var.

 Reaksiya.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, Sakit Qocayev küçəsi, Azadlıq prospekti, Bakı-Sumqayıt və Bibiheybət yolunda güclü tıxac müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Ceyhun Səlimov küçəsi - Hərbi hospitalın yanı və Xudu Məmmədov küçəsində asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı hərəkət məhdudlaşdırılıb.

Şərhlər