Səfir: Yaponiya Azərbaycanın sülh naminə səylərini yüksək qiymətləndirir
21.02.2024 20:45 Sosreaksiya 289
Yaponiya Azərbaycanın sülh naminə səylərini yüksək qiymətləndirir.
Reaksiya.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, Yaponiya üçün işğaldan azad edilmiş ərazilərdə çox vacib əməkdaşlıq imkanı mövcuddur:
"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni icra olunacaq konkret bir layihə yoxdur. Ancaq gələcəkdə bu barədə işlər görülə bilər".
Diplomat COP29-dan da söz açıb:
"30 il ərzində ölkələrimiz arasında sıx dostluq əlaqələri qurulub. Bu ilin noyabr ayında Azərbaycan COP29-a evsahibliyi edəcək və Yaponiya olaraq COP29-la bağlı əlimizdən gələn bütün köməkliyi göstərməyə hazırıq".
Şərhlər