Köhnə Bakı-Quba yolunda təmir nə vaxt başa çatacaq?

22.02.2024 13:15     Sosreaksiya     104

İndiyə qədər köhnə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun təqribən 45 %-də təmir işləri aparılıb.

Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, yolda təmir işləri bu ilin yay aylarında başa çatacaq.

O, həmçinin deyib ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda görülən işlər isə gələn ilin mart ayına qədər yekunlaşacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar