Bakı 1,6 milyardlıq saziş imzaladı: qırıcılar alır

22.02.2024 13:30     Sosreaksiya     154

Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında Pakistan tarixində bu tipli ən böyük müqavilə olacaq sənəd imzalanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Air Operations Syndicate” məlumat yayıb.

“Müqavilə Azərbaycanın JF-17C Blok-III qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatlarının alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 1,6 milyard dolları həcmində qiymətləndirilir. JF-17 “4+” nəsil qırıcı hesab olunur, lakin beşinci nəsil avionika və silahlardan istifadə edir. Qırıcı aşağı əməliyyat xərcləri və minimal texniki xidmət tələbləri ilə hazırlanıb. Bu da böyük bir təyyarə parkını yerləşdirməyə və onların yüksək döyüş hazırlığını saxlamağa imkan verir”, - məlumatda deyilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar