"iPhone"u bir həftə işlətmək mümkün olacaq

24.08.2015 11:49     Sosreaksiya     2495

Britaniyanın “Intelligent Energy” şirkəti “iPhone 6” üçün yeni akkumulyator hazırladığını bəyan edib. Bu akkumulyator sayəsində telefon bir həftə ərzində elektrik enerjisi doldurmadan istifadə oluna biləcək.

Reaksiya.az xəbər verir ki,şirkət iddia edir ki, yeni təchizat elementlərindən istifadə etmək üçün cihazın ölçü və formasını dəyişməyə ehtiyac olmayacaq. Adi aparatlardan yeganə kosmetik fərq arxa tərəfdə ventilyasiya dəliyinin olmasıdır.

“Intelligent Energy” bildirib ki, hazırda elementlərin satış qiymətini hesablayır.

Hesab edilir ki, şirkət “Apple” ilə sıx əməkdaşlıq edir. Hərçənd “Intelligent Energy”-nin icraçı direktoru Henri Vinand bu şayiələrə münasibət bildirməkdən imtina edib.

Şərhlər