Mövlud Süleymanlı Şamaxıda dəfn olundu

22.02.2024 17:30     Sosreaksiya     160

Ötən gün vəfat edən Azərbaycanın xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

Reaksiya.az xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün Şamaxının Cümə məscidində xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.

Reaksiya.az

Şərhlər