Sosial şəbəkələrdə foto-yalanlar - "Mingəçevirli" əfqan qadın?

24.08.2015 11:38     Sosreaksiya     2608

Sosial şəbəkələrin təsir imkanlarının genişliyini nəzərə alan bəzi insanlar bu funksiyadan cəmiyyəti çaşdırmaq üçün istifadə edirlər.

Son günlər Mingəçevirdə baş verən hadisələr sosial medianın gündəmini zəbt edib. Hadisələrlə əlaqəli paylaşılan fotolar arasında həqiqəti əks etdirməyən şəkillər də yer alır. Gördüyünüz bu fotonu paylaşan insanlar qadının Mingəçevirdə polislərlə qarşıdurma zamanı bu hala salındığını yazıblar. Əslində isə söhbət 2012-ci ildə əri tərəfindən döyülərək bu hala salınmış əfqanıstanlı Səhər Güldən gedir.

Sosial şəbəkələrdə bu ölkəmizlə bağlı ilk belə hal deyil. Bakıda keçirilən 1-ci Avropa Oyunları zamanı “Facebook” sosial şəbəkəsində Bakıdakı atletlər kəndində Rusiya və Ukrayna idmançıları arasında əlbəyaxa dava baş verdiyi, yalnız mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirməyin mümkün olduğu barədə məlumatlar yayıldı. Həmin hadisə ilə bağlı şəkillər yerli və xarici mətbuatda geniş yer aldı. Daha sonra sözügedən şəkilin 2012-ci ildə Varşavada futbol üzrə Avropa çempionatının gedişində çəkildiyi və həmin vaxt dünya mediasında yayıldığı məlum oldu.

İKT mütəxəssisi Vahid Qasımov reaksiya.az-a bu haqda fikirlərini bildirib. O, bu cür xəbərləri ucuz reytinq arxasınca qaçan jurnalistlərin, və ya cəmiyyətdə çaşqınlıq yaratmaqda maraqlı olan insanların yaydığını bildirib.

Qeyd edək ki, bu paylaşımlar kimi, onları inkar edən, əsl reallığı əks etdirən faktlar da, ilk olaraq,məhz sosial şəbəkələrdə yayılır.

 

Şərhlər