İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

23.02.2024 12:30     Sosreaksiya     102

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

Reaksiya.az təbrikin mətnini təqdim edir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Reaksiya.az

Şərhlər