Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

23.02.2024 15:15     Sosreaksiya     116

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 22-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar