Fransa məsələni gərginləşdirmək üçün... - Bayramov

26.02.2024 12:30     Sosreaksiya     148

Bütün bu istiqamətlərdə hər hansı bir müsbət addım atılan zaman Fransa çox böyük canfəşanlıq edir və onun bu canfəşanlığı məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməməkdir.

Reaksiya.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə görüş keçirildi. Görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etdirilməsinin vacibliyi qeyd edildi. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, Fransa müdafiə naziri Ermrənistana gedərək təhrikedici açıqlamalar verdi. Bu addımlara baxanda görünür ki, bunlar məqsədli, planlı şəkildə müsbət istiqamətdə inkişafın qarşısını almaqdır. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox mərkəzləri narahat edir", - C. Bayramov bildirib.

Reaksiya.az

Şərhlər