Zelenski Bakıya səfər edəcək? - XİN-dən açıqlama

26.02.2024 13:45     Sosreaksiya     139

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur.

Bu sözləri Reaksiya.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar