Bakıda daha çox yaşıl işıq yanacaq
24.08.2015 14:39 Sosreaksiya 2143

Reaksiya.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Paytaxtda yeni dərs ilinin başlanması ilə əlaqədar sıxlığı nəzərə alaraq “yaşıl dalğa” tətbiq olunduğunu deyən qurum rəsmisinin sözlərinə görə, sıxlığın ola biləcəyi küçələrdə, ali və orta məktəblərin, texnikumların qarşısında və avtomobillərin çox olduğu küçələrdə işıqforların vaxt planları pik saatlarına uyğun qurulur.
“Yaşıl dalğa” o demək deyil ki, həmin küçələrdə 24 saat yaşıl işıq yanacaq. Əgər sürücü orta sürətlə, məsələn 45 km/saat sürətlə avtomobili idarə edərsə, o, 5-6 işıqforda yaşıl işıqda keçə biləcək. Biz avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatları əldə etdikdən sonra əsas yollarda bu cür “yaşıl dalğa”ların sayını artırırıq”, - deyə Ş. Mehmanqızı bildirib.
Hazırda Bakı-Sumqayıt yolu, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi və Akademik Həsən Əliyev küçəsində nəqliyyatın sıx olduğunu deyən Ş. Mehmanqızının sözlərinə görə artıq bu ərazilərdə “yaşıl dalğa” tətbiq olunur.
Şərhlər