Hərbçimiz Ermənistan ərazisinə girib? – MN məlumat yaydı

28.02.2024 12:43     Sosreaksiya     141

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan DTX-sı əsgərimizin azaraq sərhəddi keçməsi ilə bağlı məlumat yayıb.

 
Fevralın 28-də saat 05:15 radələrində “Sünik rayonunun Tex icmasının sərhəd hissəsində AKM avtomatı ilə silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttini keçib. Sonuncu Ermənistan Müdafiə Nazirliyinin əsgərləri tərəfindən zərərsizləşdirilib”.
 
Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi “Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb”.Erməni tərəfi bildirir ki, əsgərimiz Gorus şəhərinə aparılıb.
 

Şərhlər

Çox oxunanlar