Türkiyədə şəhid olanların adları açıqlandı - VİDEO - FOTOLAR
24.08.2015 15:20 Sosreaksiya 2914

Hakkaridə PKK-nın yola yerləşdirdiyi partlayıcı hərbi maşının keçidi zamanı partladı. 2 əsgər şəhid oldu, 3 əsgər yaralandı.
Reaksiya.az xəbər verir ki, Şemdinli rayonundakı Təkəli kəndi yaxınlığında terror təşkilatı PKK yaraqlıları tərəfindən barmaqlığa yerləşdirilən çoxlu miqdarda partlayıcı hərbi maşının keçidi zamanı partlayıb.
Partlayışda 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb. Yaralılar hadisə yerinə sövq edilən sanitar maşınlarla Şemdinli Dövlət Xəstəxanasına qaldırılıb.
Terrorçuların yaxalanması üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb.
Hakkarinin Şemdinli rayonunda şəhid olan əsgərlərin adları məlum olub. Növbə dəyişikliyinə gedərkən minalı hücumda həyatını itirənlərin Kənan Ceylan və Ahmet Bıçakçı olduğu öyrənilib.
Baş Qərargah rəhbərliyi Hakkaridə 2 əsgərin şəhid olduğunu, 3 əsgərin isə yaralandığını təsdiq edib və şəhid olanların ailələrinə başsağlığı verib.
Şərhlər