XİN başçıları arasında danışıqların ikinci günü başladı
29.02.2024 14:24 Sosreaksiya 175
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.
Şərhlər