Kommunal xidmətlərdən istifadə asanlaşdırılır

02.03.2024 13:00     Sosreaksiya     129

Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması ilə bağlı yeni qaydalar kommunal xidmətlərdən istifadə imkanlarını asanlaşdıracaq.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində edilən dəyişikliklərin mahiyyəti müraciət etmənin və texniki şərtin almasının asanlaşdırılmasından ibarətdir:

“Bu da imkan verəcək ki, həm yaşayış yerlərində, həm də qeyri-yaşayış obyektlərində daha qısa müddətdə və elektron prosedurlardan keçməklə kommunal xidmətlərdən istifadə etmək mümkün olsun. Bu da, təbii ki, həm də xərclərin azalmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 16 fevral tarixində keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar