Polisin törətdiyi qəzanın təfərrüatı açıqlandı - Bakıda

24.08.2015 17:55     Sosreaksiya     2525

Xəbər verildiyi kimi, dünən  avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib. S.Dənziyev xəstəxanaya yerləşdirilib. Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Bakıda polis əməkdaşının törətdiyi qəzanın təfərrüatı açıqlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qəzanı törədən Aydın Babayev Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşıdır. O, idarə etdiyi “Mercedes” markalı, 10 GC 019 dövlət nömrə nişanlı avtomobillə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, 1987-ci il təvəllüdlü Samir Dənziyevi piyada xidməti aparan zaman vurub. Nəticədə xəsarət alan polis əməkdaşı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər