Ermənistanın Baş Qərargah rəisi: “Azərbaycanın sərhəddəki mövqeləri...”
05.03.2024 11:37 Sosreaksiya 134
Hazırda Ermənistan sərhədində qoşunların yığılması müşahidə olunmur.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib.
“Əməliyyat vəziyyətinin nisbətən stabil olduğu təxmin edilir. Nerkin An istiqamətində Azərbaycanın mövqelərinin olmasına gəlincə, təmas xətti elə bir strukturdur ki, orada həm düşmən, həm də bizim tərəfin mövqeləri var”, - general bildirib.
Şərhlər