Rusiya Araiki həbsdən azad etmək üçün addım atır? - Mikaelyan
05.03.2024 14:23 Sosreaksiya 140
“Ruslara etibar edən “artsax” rəhbərləri hazırda Bakıda saxlanılırlar”.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan deyib.
“Biz hələ 90-cı illərdə təşkilatımızın yaradıcısı, keçmiş müdafiə naziri Vazgen Sərkisyanla birlikdə Qarabağda döyüşmüş, mübarizə aparmışdıq. İndi vəziyyət fərqlidir. Bu gün baş verənlərdə keçmiş dövlət adamları, həmçinin mən günahkaram.
“Artsax”ın üç keçmiş “rəhbəri” Bakıda saxlanılırlar. Vəziyyəti siyasiləşdirmək istəmirəm, lakin diqqət etmək lazımdır ki, ruslara 100 faiz etibar edən şəxslər bu gün Azərbaycanda həbsdədirlər. Bəs güvəndikləri Rusiya onları azad etmək üçün hansı addımı atır?
Bu illər ərzində KTMT-nin üzvü olmaq bizə nə verdi? Ruslar sanki son 6 ildir bizə narkoz verib öldürməyə çalışırlar”, – Mikaelyan bildirib.
Şərhlər