Ermənistandan Azərbaycana qaytarılan əsgərimizin atası: “Dilimiz söz tutmur”

05.03.2024 16:30     Sosreaksiya     140

“Ailəlikcə sevincdən şok yaşayırıq. Sevinməmək mümkün deyil. Dilimiz söz tutmur, xoşbəxtliyimizi necə ifadə edəcəyimizi bilmirik”.

Bunu Laçında azaraq Ermənistana keçən və bu gün Vətənə qaytarılan əsgərimiz Ruslan Pənahovun atası Eldəniz Pənahov deyib.

O bildirib ki, ailəsi oğlunun geri qaytarılması ilə bağlı məlumatı dostlarından öyrənib.

“Bir saat olar ki, xəbər tutduq. Dost-tanış zəng edib gözaydınlığı verdi. Ən sevincli günümüzdür”, - əsgər atası deyib .

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar