Paşinyandan Rusiyanı qəzəbləndirəcək addım

07.03.2024 11:24     Sosreaksiya     129

Ermənistan parlamentinin hakim partiyadan olan deputatları dünən ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçirib.

Reaksiya.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.

Görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik ilə bağlı müzakirələr aparılıb. Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələri, həm də imtiyazları, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

İclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş məruzə təqdim edib və ölkənin Rusiyadan Avropaya keçid nəticəsində hansı iqtisadi risklərlə üzləşəcəyi, yəni xarici siyasət kursunun dəyişməsi nəticəsində yaranacaq iqtisadi risklər dəyərləndirilib.

Qriqoryan Ermənistanın Rusiyadan asılı olduğunu etiraf edib və kəskin addımlar atılacağını, nəticədə həm Yuxarı Lars yolunun bağlana biləcəyini, həm də ciddi təhlükəsizlik təhdidləri yaranacağını deyib. 

Qərbin Ermənistanın problemlərini “şaxələndirməyə” hazır olub-olmaması ilə bağlı suala Qriqoryan bildirib ki, onlar belə hazırlıq olduqlarını bildirməyiblər.

Nəşr yazır ki, Armen Qriqoryan hakim komandanı Avropa İttifaqına üzvlük üçün müraciət edilməsinə inandıra bilməyib, pessimist cavablarla onlarda şübhə yaradıb.

Qriqoryan, həmçinin yaxın vaxtlarda KTMT-dən çıxmaq və Rusiyaya qarşı başqa addımlar atmağı planlaşdırmadıqlarını bildirsə də, Ermənistan hakimiyyətinin Rusiya əleyhinə bəyanatlarının öz nəticəsini verdiyini qeyd edib. Məsələn, Lavrov Ararat Mirzoyana zəng vurub, “onlar regional məsələləri müzakirə ediblər”.

"Joğovurd” qəzetində dərc edilən məqalədə bildirilib ki, bu gün baş nazir Nikol Paşinyan və nazirlər yenidən parlamentə hakim qanadın deputatları ilə qapalı görüş keçirəcəklər.

Gündəm mövzusu yenə Avropa İttifaqına üzvlüyə namizəd olmaqdır və baş nazirlə görüşlərdə deputatlar bu məsələni müzakirə edirlər.

Qeyd olunur ki, Aİ üzvlüyünə namizəd olma prosesinin əsas kuratoru Təhlükəsizlik Şurasının katibi olacaq.

Nəşrin mənbələrinin dediyinə görə, Nikol Paşinyan bu məsələni çox tez bitirmək niyyətindədir, ona görə də Ermənistanın qısa müddət ərzində Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar