Sel 8 nəfərin həyatına son qoydu - TÜRKİYƏDƏ
25.08.2015 00:09 Sosreaksiya 2068

Türkiyənin şimal-şərqində, Artvin şəhərində sel suları 8 nəfərin həyatına son qoyub, 2 nəfər itkin düşüb. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu vilayət başçısı Kəmal Cirit deyib.
Məlumata əsasən, sel yaşayış evinin dağılmasına gətirib çıxarıb.
Meteoroloqların məlumatına görə, Türkiyənin şimal-şərqində yağışlı hava şəraiti 3 gün davam edəcək.
Şərhlər