Bakıda avtomat və əl qumbaraları tapılıb

08.03.2024 12:30     Sosreaksiya     67

Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyə daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası,1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 9 ədəd 7,62x39 mm-lik mərmi və 1 ədəd AKMS (SU 5749) avtomatı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş silah aidiyyəti üzrə təhvil verilib. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar