Ölkədə pensiya alanların 57%-i qadınlardır

08.03.2024 13:00     Sosreaksiya     67

Ölkə üzrə 1,1 milyon pensiyaçının 57%-i qadın, 43%-i kişidir.

Reaksiya.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, aylıq əsaslarla sosial müavinət alan 446 mindən çox şəxsin 51%-i kişi, 49%-i qadındır. Aylıq əsaslarla təqaüd alan 395 min nəfərdən çox şəxsin isə 68%-i kişi, 32%-i qadındır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar