Xankəndidə daha 20 avtomat, 10 qumbara aşkarlandı
08.03.2024 14:15 Sosreaksiya 115
Ötən gün Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən narkotik tərkibli həblər və silah-sursat aşkarlanıb.
Bu barədə Reaksiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Şərhlər