Qarabağ əhalisi rus qoşunlarını öz ərazisindən çıxarmaq istəmirdi, amma – Simonyandan mesaj
08.03.2024 16:25 Sosreaksiya 173
“Qarabağ əhalisi rus qoşunlarını öz ərazisindən çıxarmaq istəmirdi, amma sonun necə olduğu hər kəsə məlumdur”.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan “1in TV”-yə müsahibəsində deyib.
Spiker Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının Ermənistan üçün təhlükəli olduğuna dair fikirlərə münasibət bildirib.
A.Simonyan antiterror əməliyyatlarından öncə Qarabağdakı keçmiş qondarma rejimin orada Rusiya bayrağı dalğalandırdığını xatırladıb.
“Gümrüdəki 102-ci baza nədir, rus sərhədçiləri nədir? Xatırlayırsınız, Qarabağda Rusiya bayrağı dalğalandırılmışdı, hər yerə “Rusiya sayəsində” sözləri, “Z” işarəsi yazılmışdı. Rus qoşunları orada xidmət edirdi. Bəs sonra nə oldu? Qarabağdakılar “U” dönüşü edib NATO blokuna daxil olmaq, rus qoşunlarını ərazidən çıxarmaq istəyirdilər? Xeyr. Bəs sonları niyə o şəkildə oldu?”, – Simonyan fikrini yekunlaşdırıb.
Şərhlər