PKK Azərbaycanın qaz kəmərini partlatdı - SON DƏQİQƏ

25.08.2015 03:08     Sosreaksiya     2170

Bakı-Tiblisi-Ərzurum qaz kəmərində partlayış baş verib.

Reaksiya.az-ın “Hürriyet” qəzetinə istinadla verdiyi məlumata görə, partlayış kəmərin Qars şəhərinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Partlayış barədə Qars valisi Günay Özdəmir mətbuata açıqlama verib. O bildirib ki, qaz kəmərinə PKK terrorçuları hücum edib. 

“Terror hücumu nəticəsində partlayış baş verib. Güclü yanğın davam etdiyindən əraziyə yaxınlaşa bilmirik və çox uzaq məsafədə dayanmışıq. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.“- deyə Günay Özdəmir bildirib. 

Yanğın Bakı vaxtı ilə saat 01:00 radələrində söndürülüb.

Şərhlər